Braziliya klubu “Santos” ABŞ investisiya fondu “Saint Dominique Group”dan klubun 80 faizinin alınması üçün 350 milyon avro məbləğində rəsmi təklif alıb.

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyinin təklifi analiz etməsi və rəsmi olaraq səhmdar cəmiyyətə (SAF) çevrilməsi üçün 90 günlük müddət var.

Bildirilir ki, Neymarın atası Neymar Sr.nin, həmçinin Pele brendinin sahibi olan şirkəti bu danışıqlara daxil edilməyib.