Ingiltərə Premyer Liqasında 22-ci tura start verilib.

Offsideplus.az xəbər verir ki, açılış matçında Mançester derbisi oynanılıb.

"Qırmızı şeytanlar" yeni baş məşqçisi Maykl Kerrikin rəhbərliyi altında ilk oyununa çıxıb.

Kerrikin debütü uğurlu alınıb.

"Mankunianlar" Brayan Mbemo və Patrik Dorqunun qolları ilə görüşdən qələbə ilə ayrılıb.

"Mançester Yunayted" 35 xal malikdir və 4-cü yerdədir. "Şəhərlilər" isə 43 xalla 2-ci yerin sahibidir.

Görüşün qollarını sizə təqdim edirik: