"Liverpul" klubu Carell Kuanzanı "Bayer Leverkuzen"dən geri qaytarmağı düşünür.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı müdafiəçi ötən yay "qırmızılar"ı tərk edərək 35 milyon avroya Leverkuzen təmsilçisinə qoşulub.
Mersisayd təmsilçisinin 80 milyon avroluq geri alma bəndi var. Bu bənd may ayının sonuna qədər qüvvədədir.
Kuanza cari mövsüm Almaniya klubunun heyətində 32 oyuna çıxıb və 4 qol vurmağı bacarıb.



