Hazırda "Benfika"nı çalışdıran Joze Mourinyo "Real Madrid" klubuna mümkün dönüşü barədə danışıb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis buna öz tərzində cavab verib:
"Məni serial ssenarilərinə qatmayın. Yaxşı seriallar var, amma çox uzun çəkirlər; 1-2 seriyasına baxmayanda mövzunun nə yerdə olduğunu itirirsən. Ona görə də məndən belə şeylər gözləməyin, çünki mən serial izləmirəm".
Qeyd edək ki, Mourinyo 2010-13-cü illər arasında "Real Madrid"i çalışdırıb.


