"Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis "Şəki" üzərindəki qələbəni şərh edib.
Offsideplus.az xəbər verir ki, litvalı mütəxəssis 112:65-lik matç barədə bunları deyib:
"Qələbəyə görə şadam. Basketbolçularımızın çıxışından razıyam. Bəlkə hesab arasındakı fərqə görə oyunçular bəzi epizodlarda daha rahat oynayırdı. Bu isə bəzən səhvlərə səbəb olur. Artıq ikinci oyundur son periodda 5 yerli basketbolçu ilə çıxış edirik. Bu dəfə daha çox şans qazandılar və deyərdim ki, oyun baxımından legionerlərdən geri qalmadılar. Ümumi götürsək hazırda yaxşı formadayıq. Hazırlıqlarımız plana uyğun davam edir".


