"Real Madrid" La Liqanın XX turunda "Santyaqo Bernabeu"da "Levante"ni məğlubiyyətə uğradıb - 2:0.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan əvvəl və oyun vaxtı "kral klubu"nun bəzi futbolçuları azarkeşlər tərəfindən fitləniblər.

Eyni zamanda prezident Florentino Peresi istefaya çağırıblar.

Oyundan sonra Madrid təmsilçisinin yeni baş məşqçisi Alvaro Arbeloa bu barədə söz açıb:

"Florentinonu tənqid edənlər "Real"ı sevməyən insanlardır. Məni aldada bilməzsiniz. O, Santyaqo Bernabeu ilə yanaşı, bu klubun tarixindəki ən vacib insandır".