Bu gün Afrika Millətlər Kubokunun çempionu məlum olacaq.

Offsideplus.az xəbər verir ki, həlledici qarşılaşmada ev sahibi Mərakeş və Seneqal üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Hər iki komanda indiyə qədər bu turnirdə bir dəfə qalib olub.

Mərakeş sonuncu dəfə 1976-cı ildə çempion olmağı bacarıb. Seneqal isə 2021-ci ildə kuboku əldə edib.