“Neftçi” futbol klubunun baş məşqçisi Yuri Vernidub klubun rəsmi saytına müsahibə verib. 

Offsideplus.az xəbər verir ki, ukraynalı mütəxəssis təlim-məşq toplanışını dəyərləndirib:

“Təlim-məşq toplanışı çox xoşuma gəldi, çox yüksək səviyyədə təşkil olunmuşdu. Buna görə rəhbərliyimizə xüsusi təşəkkürümü bildirirəm. Onlar komandamızın məşqi və inkişafı üçün bizə rahat şərait yaratmaqdan ötrü hər şey etdilər. Həmçinin futbolçulara da toplanışa görə təşəkkür edirəm. Onlara minnətdaram ki, qoyduğumuz tələbləri və yüklənmələri yerinə yetirdilər, yaxşı işlədilər, tempi qorudular və inkişaf göstərdilər. Biz buna görə razıyıq və məmnunuq. Onu da qeyd etmək istəyirəm ki, komandada ciddi zədəli futbolçu olmadığı üçün şadıq. Düzdür, bəzi oyunçularda mikro zədələr var, amma onları qısa müddətdə aradan qaldıracağıq və müsbət nəticə əldə edəcəyik. Məni məyus edən yeganə məqam Ortisin hərarət səbəbindən məşq prosesindən kənarda qalmasıdır, amma düşünürəm ki, 1-2 günə vəziyyəti normallaşacaq”

Mütəxəssis keçirilən toplanışdan razı qaldığını bildirib:“Komandada heç kimi xüsusi fərqləndirmək istəmirəm, çünki hamı layiqincə və yaxşı məşq edirdi. Heç kimi fərqləndirməməyimin səbəbi odur ki, biz böyük bir ailəyik. Hazırda komandada bu cür ab-hava olduğuna görə qürur duyuruq. Yeganə qeyd etmək istədiyim futbolçu Murad Məmmədovdur. Əgər bu cür davam etsə, onu çox böyük gələcək gözləyir. Həmçinin “Neftçi-2”dən bizə qoşulan futbolçulara – Nihad Əliyev və Məhəmməd Məmmədliyə də təşəkkür etmək istəyirəm. Onlara minnətdaram ki, çalışdılar və məşq prosesində bizə kömək etdilər. Düzdür, çox oynamaq şansı qazanmadılar, amma biz onların inkişafını izləməyə davam edib gələcəkdə də məşq proseslərinə cəlb edəcəyik. Hər şey hələ indi başlayır”.