Azərbaycan Kubokunun "Qarabağ"a qarşı cavab oyununda (2:1) "Sabah"ın futbolçusu Velko Simiçin vurduğu qol tarixə düşüb. 

Offsideplus.az PFL-yə istinadən xəbər verir ki, bu, “Sabah”ın Azərbaycan kubokunda 20-ci ev qolu olub. Masazır təmsilçisi ölkə kuboku tarixinə evdə 20 və daha çox qol vuran 30-cu komanda kimi düşüb. 13-cü ev görüşünə çıxan “Sabah” qol sayını 21-ə çatdırıb. Orta məhsuldarlıq 1,62-yə bərabərdir.

Qeyd edək ki, evdə ən çox qola imza atan komanda “Qarabağ”dır. Ağdam təmsilçisi 193 dəfə fərqlənib.