"Sabah"ın basketbolçusu Jan Mark Pansa "Gəncə" üzərində qələbə qazandıqları oyun barədə danışıb.
Offsideplus.az "Azbasketbol"a istinadən xəbər verir ki, 10 xal, 11 ribaund və 3 assistə imza atan basketbolçu 95:67 hesabı ilə yekunlaşan matçı belə şərh edib:
"Çətin oyun idi, asan deyildi. Diqqətimizi cəmləşdirdik, buna görə də qalib gəldik, xüsusilə də evdə qazandıq. Əlimizdən gələni edib, səfərdə işi bitirməyə çalışacağıq. 3 və 4-cü periodda rəqibin qarşısını tez-tez aldıq. Momentumlarda çox vacib işlər gördük. Bu bizə imkan verdi ki, qaçıb, asan basketlərin qarşısını alaq. Bizim üçün yaxşı oyun oldu, xüsusilə də son 20 dəqiqədə".
Pansa matçda yaddaqalan assistini belə izah edib:
"Bu kimi şeylərin üzərində məşqdə işləyirəm. Özümə inam var və topu ötürəcəyimi bilirəm. Komanda yoldaşım açıq idi, mən də anındaca topu ötürdüm. Mənim üçün yaxşı detal idi".
View this post on Instagram


