Türkiyə Kubokunun dörddəbir final mərhələsində böyük sürpriz yaşanıb.

Offsideplus.az xəbər verir ki, "Gənclərbirliyi" səfərdə "Qalatasaray" klubuna qalib gələrək yarımfinala yüksəlib.

​"Gənclərbirliyi" səfər oyununa əsasən ehtiyat ağırlıqlı heyətlə çıxsa da, ikinci hissədə vurduğu qollarla rəqibini 2:0 hesabı ilə məğlub etməyi bacarıb.

Meydan sahiblərinin cəhdlərinə baxmayaraq, paytaxt təmsilçisi müdafiədə inamlı çıxış edərək turu keçən tərəf olub.

​51-ci dəqiqədə Fıratcan Üzüm və 83-cü dəqiqədə A. Traore fərqləniblər.

​Qarşılaşmanı tribunalardan 30 minə yaxın "Qalatasaray" və təxminən 50 nəfər "Gənclərbirliyi" azarkeşi izləyib.

​Uzun müddətdir zədəli olan ulduz futbolçu Viktor Osimhen 78-ci dəqiqədə oyuna daxil olsa da, nəticəni dəyişə bilməyib.