Nəriman Axundzadənin formasını geyindiyi "Kolumbus Kru" MLS-də növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, komanda 9-cu turda “LA Qalaksi”ni qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Millimizin üzvünə gəlincə, o, bu oyunda meydana çıxmayıb.
Qeyd edək ki, “Kolumbus Kru” Şərq Konfransında turnir cədvəlində hazırda 9 xalla 9-cu sıradadır.


