La Liqanın 20-ci turunda “Levante” ilə oyunda fərqlənən “Real”ın futbolçusu Kilian Mbappe çempionatdakı qollarının sayını 50-yə çatdırıb.

Offsideplus.az xəbər verir ki, “Opta”nın məlumatına görə,hücumçu bu göstəriciyə cəmi 53 oyunda çatıb.

XXI əsrdə La Liqada 50 qol həddinə Mbappedən daha tez çatan yeganə futbolçu Kriştiano Ronaldo olub.

O bu nəticəni 51 matçda əldə etmişdi.

Qeyd edək ki, “Real” – “Levante” qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.