Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, U-21 son matçında Misli Premyer Liqasında çıxış edən "Şamaxı" klubu ilə üz-üzə gəlib.

"Liv Bona Dea Arena"da baş tutan görüş bölgə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, yığma toplanış çərçivəsində ilk yoxlama oyununda I Liqa təmsilçisi "Səbail"i 1:0 hesabı ilə məğlub edib.