Çempionlar Liqasında "Qarabağ"la qarşılaşacaq “Ayntraxt”da (Frankfurt) baş məşqçi istefası gözlənilir.
Offsideplus.az "Bild"ə istinadən xəbər verir ki, Bundesliqanın 18-ci turunda “Verder”lə 3:3 hesablı oyundan sonra baş məşqçi Dino Toppmöller yenidən tənqid hədəfinə çevrilib.
Klubun idman direktoru Markus Kroşe “Verder” lə oyundan sonra bu barədə müzakirələrin getdiyini bildirmişdi.
Frankfurt təmsilçisi son 9 oyunda yalnız bir qələbə qazanıb.
Qeyd edək ki, "Qarabağ"-“Ayntraxt" matçı yanvarın 21-də Bakıda baş tutacaq.


