"Real Madrid"in ulduz hücumçusu Kilian Mbappenin yenidən komandaya qoşulacağı vaxt müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, fransalı bombardirin martın 17-də UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Mançester Siti" ilə cavab qarşılaşmasına hazır olacağı gözlənilir.
Bu barədə "Cadena SER" məlumat yayıb.
Qeyd edək ki, 27 yaşlı forvard fevralın 24-də baş tutan məşq prosesində dizində yaranan kəskin ağrılar səbəbindən hazırlığı dayandırmalı olmuşdu. Futbolçunun 2025-ci ilin dekabr ayından bəri diz bağlarındakı zədədən əziyyət çəkdiyi bildirilir.



