Azərbaycan Basketbol Liqasında (ABL) XIII turun 3 oyunu bu gün baş tutacaq.
Offsideplus.az xəbər verir ki, ilk olaraq "Ordu" və "Sərhədçi" komandaları parketə çıxıb.
"Ordu" növbəti qələbəsini qazanıb - 98:82.
Onlar cari mövsüm bütün oyunlarda qalibiyyət əldə edib.
"Neftçi" isə çətinliklə də olsa, "Gəncə"ni məğlubiyyətə uğradıb - 77:75.
Günün son oyununda "Sumqayıt" "Quba"nı qəbul edib.
"Kimyaçılar" görüşdən qələbə ilə ayrılıb - 98:94
Qeyd edək ki, XIII tura sabah yekun vurulacaq.
ABL, Xlll tur
13:00 "Ordu" - "Sərhədçi" 98-82 (22-18, 25-17, 23-22, 28-25)
14:00 "Gəncə" - "Neftçi" 75-77 (22-27, 17-22, 24-14, 12-14)
19:00 "Sumqayıt" - "Quba" 98-94 (19-29, 33-26, 18-17, 24-18)



