2026-cı ilin ilk "Böyük Dəbilqə" turniri olan "Avstraliya Open" start götürüb.

Offsideplus.az xəbər verir ki, favoritlərdən Aleksandr Zverev qələbə ilə başlayıb.

Almaniyalı tennisçi Qabriel Diallonu məğlub edib - 6-7 (1), 6-1, 6-4, 6-2.

Türkiyəli idmançı Zeynep Sönmez də turnirə uğurlu start verib.

O, dünya 11 nömrəsi Yekaterina Aleksandrovanı məğlubiyyətə uğradıb - 7-5, 4-6, 6-4.

23 yaşlı tennisçi "Avstraliya Open"də mərhələ adlayan ilk türk olub.