"Çətin mübarizə şəraitində qazanılan qələbə münasibətilə hər kəsi təbrik edirəm”.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Vitali Stepanovski klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis "Gəncə" ilə səfər oyunu haqqında fikirlərini bölüşüb:
“Birinci hissəyə yaxşı nəzarət etdik, hesabda öndə idik və inamla oynayırdıq. Rəqib komandanın da oyununu qeyd etmək lazımdır — onlar təslim olmadılar və ikinci hissədə bizi bir çox sadə səhvlər etməyə və yanlış qərarlar verməyə məcbur etdilər. Buna baxmayaraq, möhkəm dayandıq, komanda oyunu nümayiş etdirib, sonda qələbə qazandıq.
Onu da qeyd edim ki, Tuki Braunun uzun sürən zədədən sonra komandaya qayıdışından və yeni oyunçumuz Ayzeya Braunun transferindən çox məmnunuq. Təbii ki, hər ikisinin komandaya uyğunlaşması üçün zamana ehtiyac var. Tuki Brauna gəldikdə isə, optimal formasının bərpası vacibdir. Onun əla bir oyunçu olduğunu hamımız bilirik və qarşıdakı oyunlarını səbirsizliklə gözləyirik. Qələbə münasibətilə hər kəsi bir daha təbrik edirəm".
Qeyd edək ki, matç paytaxt təmsilçisinin 77:75 hesablı qələbəsi ilə yekunlaşıb.


