Afrika Millətlər Kubokunda üçüncü yerin sahibi bəlli olub.
Offsideplus.az xəbər verir ki, Kasablankadakı "V Məhəmməd" stadionunda baş tutan həlledici görüşdə Misir və Nigeriya yığmaları qarşılaşıb.
Matç Nigeriya millisinin rəqibindən 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turnirə yanvarın 18-də yekun vurulacaq.


