"Ayntraxt" klubu baş məşqçisi Dino Topmöllerlə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

D. Topmöller 2023-cü ilin yayından Frankfurt təmsilçisini çalışdırırdı. Komanda onun rəhbərliyi altında 122 oyunda 52 qələbə qazanıb.

Qeyd edək ki, "Ayntraxt" 3 gün sonra "Qarabağ"la qarşılaşacaq.