“Borussia Dortmund”da yayda gedə biləcək oyunçular açıqlanıb.
Offsideplus.az xəbər verir ki, komanda yay transfer pəncərəsində bir sıra dəyişikliklər yaşayacaq:
Niklas Süle – yüksək maaş, zədələr və form düşməsi səbəbindən müqavilə yenilənməyəcək.
Salih Özcan – ynama şansı və maaş səbəbindən müqavilə yenilənməyəcək.
Julian Brandt – Ricken sözləşmənin yenilənməyəcəyini açıqlayıb; 7 illik birlik bitir.
Karim Adeyemi – sevgilisi böyük şəhərdə yaşamaq istəyir, sabit olmayan formu səbəbindən satılaraq ayrılması demək olar ki, dəqiqlik qazanıb.
Serhou Guirassy – bəzi klublar üçün sərbəstqalma maddəsi var; Ərəb yarımadasına transferi təəccüblü olmaz.
Julian Ryerson – adı “Barselona” ilə hallansa da, Ricken oyunçunun qalmayacağını açıqlayıb; lakin gələcəkdə uyğun təklifə baxıla bilər.
Felix Nmeça – adı “Mançester Siti” ilə hallansa da, klub onu saxlamağı planlaşdırır.
Ramy Bensebaini – performansı ilə əvəzedilməzlər arasında yer ala bilmir; “Qalatasaray” və “Marsel” klubları ilə adı keçir, satılması təəccüblü olmaz.
Nico Şlotterbek – mart ayının sonunda qərarını verəcək; müqavilə yenilənməzsə, mövsüm sonunda satılacaq.
Emre Can – mövsümü tamamlayan oyunçu ilə bağlı Ricken müqavilə danışıqlara aparacağını bildirib; maaşında endirim ediləcək və Şlotterbekin durumuna görə kapitanlığı da dəyişə bilər.


