"Yuventus" klubu "Kristal Palas"ın hücumçusu Jan-Filipp Matetanı transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "qoca sinyora" fransalı futbolçu üçün 30 milyon avro təklif edib.

İngiltərə klubu isə onun üçün 40 milyon tələb edir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mateta 2021-ci ildən London təmsilçisində çıxış edir. O, cari mövsüm bütün turnirlərdə 32 oyunda 10 qol vurmağı bacarıb.