İtaliya A Seriyası təmsilçisi "Roma" heyətini gücləndirib.
Offsideplus.az xəbər verir ki, "canavarlar" Doniell Maleni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Malen cari mövsümünün sonunadək icarəyə götürülüb. "Roma" icarə məbləği olaraq "Aston Villa" 2 milyon avro ödəyəcək.
İtaliya klubu yayda onu 26 milyon avro ödəyərək birdəfəlik transfer etmək hüququna da malikdir.
26 yaşlı hücumçu mövsümün ilk hissəsində "Aston Villa"nın heyətində 29 oyuna 7 qol vurmağı bacarıb.


