İspaniya 4-cü liqasında maraqlı bir hadisə yaşanıb.

Offsideplus.az xəbər verir ki, "Utebo" "Exea" ilə oyunda 80-ci dəqiqədə hesabda 0:2 geridə idi.

Baş məşqçi bu zaman qapıçını çıxarıb yerinə yarımmüdafiəçini oyuna salıb. Həmin oyunçu qapıçı-oyunçu olaraq çıxış etməyə başlayıb.

Nəticədə görüş heç-heçə başa çatıb - 2:2.

Həmin anlardan görüntüləri sizə təqdim edirik: