“Barselona"nı təbrik edirəm, çox yaxşı oynadılar. Həqiqətən çox güclü komandaları var”.

Offsideplus.az xəbər verir ki, bunu "Atletiko"nun qapıçısı Xuan Musso "Barselona" ilə oyundan sonra deyib.

Madrid təmsilçisinin kapitanı Koke də katalon klubunun haqqını verib.

“Barselona" möhtəşəm oyun nümayiş etdirdi. Üçüncü qoldan sonra hamımız matçın mümkün qədər tez bitməsini istəyirdik. Ehtiyat oyunçular skamyasında artıq dözə bilmirdik”.

Qeyd edək ki, "Barselona" İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Atletiko"nu 3:0 hesabı ilə məğlub edib. Lakin onlar ilk oyunda 0:4 hesabı ilə məğlub olduqları üçün mübarizəni dayandırıblar.