"Real Madrid"in prezidenti Florentino Peres yayda komandanı təcrübəli və tanınmış bir məşqçiyə etibar etmək istəyir..

Offsideplus.az xəbər verir ki, namizədlərdən biri də Massimiliano Alleqridir.

Bu barədə "Correiro dello Sport" məlumat yayıb.

"Kral klubu"nun əsas namizədi Yürgen Klopp olsa da, almaniyalı mütəxəssis baş məşqçiliyə qayıtmaq barədə tərəddüd edir.

Ona görə də "Real Madrid" alternativlərə yönəlib.

Qeyd edək ki, Alleqrinin "Milan" 2027-ci ilin yayına qədər müqaviləsi var.