"Yuventus" daha bir uğursuz mövsüm keçirir.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" 6 futbolçu ilə yolları ayırmağı planlaşdırır.
Onlar növbəti mövsüm heyətdə düşünülmür: Loi Openda, Edon Jeqrova, Ten Kopmeyners, Vasiliye Adjiç, Xuan Kabal və Mikele De Qreqorio.
Qeyd edək ki, "Yuventus" iki oyunun nəticəsində "Qalatasaray"a məğlub olaraq Çempionlar Liqasında mübarizəni dayandırıb. Onlar A Seriyasında isə 46 xalla 5-ci yerdədir.


