İtaliyanın "Yuventus" klubu Jin-Filip Matetanın transferi ilə bağlı “Kristal Palas” ilə yeni danışıqlar keçirib.
Offsideplus.az xəbər verir ki, İngiltərə klubu Mateta üçün təxminən 40 milyon avro istəyir.
"Yuventus" isə hələ indi əməliyyatı reallaşdırıb-reallaşdırmamağı və ya yay transfer pəncərəsini gözləməyi qiymətləndirir.
Transferin yaxın günlərdə dəqiqləşib-dəqiqləşməyəcəyi maraqla gözlənilir.


