"Araz-Naxçıvan" təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib.
Offsideplus.az xəbər verir ki, onlar I Liqa təmsilçisi "Zaqatala" ilə üz-üzə gəlib.
"Araz-Naxçıvan" çətinlik çəkmədən qələbə qazanıb - 4:0.
Qolları Şarl Boli, Patrik Andrade, Hamidu Keyta və Ülvi İsgəndərov vurub.
Qeyd edək ki, bu, Naxçıvan təmsilçisinin sonuncu yoxlama oyunu olub.
Onlar Misli Premyer Liqasının XVII turunda, yanvarın 23-də səfərdə "İmişli" ilə qarşılaşacaq.


