Mançester Siti” və “Kristal Palas” klubları Mark Qehinin transferi ilə bağlı razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, son altı ay ərzində İngiltərə millisinin üzvü olan müdafiəçi “Bayern” ilə də ciddi şəkildə əlaqələndirilsə də, futbolçu Pep Quardiolanın komandasını seçib.
Məlumata əsasən, “şəhərlilər” bu transfer üçün təxminən 20 milyon funt sterlinq (23,5 milyon avro) ödəyəcək. Müqavilənin növbəti 48 saat ərzində rəsmiləşdirilməsi gözlənilir.
Marc Qehi ilə mövsümlük təxminən 18 milyon avro dəyərində yüksək məvacibli müqavilə də razılaşdırılıb.
25 yaşlı mərkəz müdafiəçisinin gələn həftə tibbi müayinədən keçməsi planlaşdırılır və bundan sonra yalnız sənədləşmə prosesi qalacaq.
Transferin qısa müddətdə rəsmi şəkildə elan olunacağı gözlənilir.


