Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" komandası Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb. 

Offsideplus.az xəbər verir ki, komanda XVIII tur çərçivəsində "Hannover" ilə qarşılaşıb. "Kayzerslautern" doğma meydanda 3:1 hesablı qələbəyə sevinib. 

Hazırda zədəsini sağaldan Mahir Emreli bu görüşdə iştirak etməyib.

Qeyd edək ki, 30 xal toplayan "Kayzerslautern" turnir cədvəlində 5-cidir və "Hannover"i 1 xal qabaqlayır.