Bu gün Azərbaycan kubokunda 1/4 finalın ilk oyunlarına yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək.

İlk qarşılaşmada "Qarabağ"la "Şamaxı" üz-üzə gələcək. Görüş saat 14:30-da start götürəcək.

Günün 2-ci matçında "Turan Tovuz" "Kəpəz"lə qarşılaşacaq. Qərb derbisi saat 19:00-da start götürəcək. 

Qeyd edək ki,  “Şamaxı” – “Qarabağ” görüşünü Kamranbəy Rəhimov, “Turan Tovuz” – “Kəpəz” qarşılaşmasını isə Əli Əliyev idarə edəcək.