Futbol üzrə Azərbaycan Kubokunfa 1/4 final qarşılaşmaları keçirilir.
Offsideplus.az xəbər verir ki, "Sumqayıt" ilk oyunda "Zirə" ilə qolsuz heç-heçə edib.
Görüşdən sonra "kimyaçılar"ın baş məşqçisi Saşa İliç görüşdən sonra oyunla bağlı fikirlərini bildirib:
"Artıq bu mərhələdən etibarən kubok matçları iki oyundan ibarətdir. Düşünürəm ki ilk oyunda hər iki komandanın ifasında bərabər səviyyəli oyuna şahid olduq. Yekunda nəticə də oyun kimi bərabərliklə yekunlaşdı. Bir neçə qol şanslarımız olsa da onlardan yararlana bilmədik”.
İliç 4 gün sonra bu dəfə çempionatda qarşılaşacaqları oyunla bağlı isə bunları deyib:
"Bəli, 4 gün sonra "Zirə" liqada oynayacağıq. Deməzdim ki, bugünkü oyunda onlardan nələrisə gizlətdik. Heyətimiz də məlumdur.
O, komandasının zəif oyun keçirdiyini düşünmür:
"Kubok görüşü idi. Daha ehtiyatlı oynadıq. Səbuhinin epizodu var idi. Rəqibdən zəif oynadığımızı düşünmürəm".



