Azərbaycan Kubokunda 1/4 final mübarizəsi başlayıb.
Offsideplus.az xəbər verir ki, bu gün iki oyun baş tutub.
Hər iki görüşdə qapılara qol vurulmayıb.
Sabah 1/4 final mərhələsinin "Şamaxı" – "Qarabağ" və "Turan Tovuz" – "Kəpəz" oyunları keçiriləcək.
Azərbaycan Kuboku, 1/4 final, ilk oyunlar
4 fevral (çərşənbə)
17:00 “Sumqayıt” – “Zirə” 0:0
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19:30 “Sabah” – “Qəbələ” 0:0
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”


