Təmsilçimiz "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində növbəti görüşünə çıxacaq.
Offsideplus.az xəbər verir ki, "Köhlən Atlar" 7-ci turda Rumıniya təmsilçisi "FCSB" ilə qarşılaşacaq. UEFA-nın rəsmi saytı oyunu idarə edəcək hakimlərin adlarını açıqlayıb.
Oyun Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Referi Filip Qlova olacaq və Daniel Polaçek və Peter Bednar yan xətt hakimi qismində köməklik göstərəcəklər. Dördüncü hakim Lukaş Dzivyak, VAR Mihal Oçenaşa, AVAR isə Martin Dohal olacaq.
Qeyd edək ki, “Qarabağ” - FCSB matçı yanvarın 23-də saat 21:45-də başlayacaq.