Avropa Liqasının Liqa mərhələsində keçiriləcək “Qarabağ” – “Malmö” (İsveç) oyununun biletləri sentyabrın 27-i saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Offsideplus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Oktyabrın 3-də keçiriləcək oyuna saat 20:45-də start veriləcək.