"Qarabağ"ın futbolçusu Marko Veşoviç Avropa Liqasının pley-off mərhələsində ümumi hesabda "Braqa"nı məğlub edərək (ilk oyun - 4:2, cavab oyunu - 2:3) 1/8 finala adlamaqları barədə danışıb.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı müdafiəçi Bakıdakı cavab görüşündən sonra jurnalistlərə açıqlamasında söyləyib: “Nə hiss edə bilərəm? Biz xoşbəxtik, razıyıq. Biz tarixi nəticə əldə etdik. Bu gün bu uğuru qazanmağa görə ölməyə belə hazır idik. Növbəti mərhələyə vəsiqə qazandıq. Bu bizim üçün çox vacibir. Biz xarakterimizi göstərdik. Güclü rəqibə qarşı yüksək səviyyədə oyun nümayiş etdirdik”.
O, öz oyunundan da razı qaldığını vurğulayıb: “Bu gün özümdən də razıyam. Komandama kömək etdim. Düşünürəm ki, bütün oyunçular yaxşı oynadılar. Bütün oyunçular 100 faiz güclərini, ürəklərini ortaya qoydular. Emosional bir matç idi. Yəqiin ki, hamı bunu görürdü. Düşünürəm, azarkeşlər də bu gün xoşbəxt və razıdırlar”.
M. Veşoviç 1/8 finaldakı potensial rəqibləri haqda belə deyib: “Heç bir rəqibə üstünlük vermirəm. Sadəcə şadıq və bu andan həzz almaq istəyirik”.
Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.