Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Braqa” matçının təyinatları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanı Bolqarıstandan olan hakimlər idarə edəcək.
Görüşün baş hakimi Georgi Kabakov olacaq. Ona Martin Marqaritov və Diyan Valkov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nikola Popov yerinə yetirəcək. Matçda VAR İvaylo Stoyanov, AVAR isə Draqomir Draqanov olacaq. Görüşdə hakim-inspektor vəzifəsini Petteri Kari (Finlandiya) icra edəcək.
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.