UEFA-nın rəsmi saytında Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşmaları ilə bağlı yazı dərc olunub.
Offsideplus.az xəbər verir ki, məqalədə "Qarabağ" da yer alıb:
"Qarabağ" 8-ci cəhddən sonra Avropa Liqasının qrupunda ilk iki yerdən birini tuta bildi və pley-offa yüksəldi. Onlar bu mərhələdə "Braqa"ya 4:2 hesabı ilə qalib gəldi. "Braqa"nın Bakıda şansları var, lakin "atlılar" növbəti mərhələyə vəsiqə qazanmağa yaxındır. Komandanın baş məşqçisi Qurban Qurbanovun dediyi kimi: “Biz arxayın olmamalıyıq, cavab oyununa çox ciddi yanaşmalıyıq. "Braqa" kimi komandalar nəticəni çox tez öz xeyrinə çevirə bilər".
Komandalar arasındakı cavab qarşılaşması fevralın 22-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Azərbaycan təmsilçisi ilk oyunda rəqibini 4:2 hesabı ilə məğlub etmişdi.