AÇ-2024-ün 1/8 finalında Portuqaliya millisi Sloveniya yığmasına penaltilər seriyasında 3:0 hesabla qalib gəlib.
Offsideplus.az xəbər verir ki, əsas vaxt 0:0 hesabla yekunlaşan oyunun 105-ci dəqiqəsində Kristiano Ronaldo qazanılan penalti zərbəsini vursa da, qapıçı seyv edib. Bundan sonra kapitan göz yaşlarını saxlaya bilməyib.
Sonradan penaltilər seriyasında Ronaldo zərbəni dəqiq yerinə yetirərək, günahını yuyub.
Həmin epizodları təqdim edirik: