Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında təşkil olunan Dünya Kubokunun açılış mərasimi keçirilib.
Offsideplus.az xəbər verir ki, tədbir zamanı yarışın püşkü atılıb və Azərbaycanın idman şərəfini qoruyacaq 4 şahmatçımızın rəqibləri müəyyənləşib.
Dünya Kubokunun ümumi mükafat fondu 691 250 ABŞ dolları təşkil edir. Çempion 50 min, ikinci yerin sahibi 35 min, üçüncü pilləni tutan şahmatçı isə 25 min dollar qazanacaq. Bundan başqa, ilk 3 yeri tutanlar İddiaçılar Turnirinə vəsiqə əldə edəcəklər
Yarış olimpiya sistemi (uduzan turniri tərk edir) üzrə baş tutacaq. Hər mərhələdə şahmatçılar öz aralarında 2 oyun keçirəcəklər. Heç-heçə olacağı təqdirdə, tay-breyk təyin olunacaq.
Sabah başlanacaq Dünya Kuboku iyulun 28-də yekunlaşacaq.
Dünya Kuboku, 1-ci mərhələ
Gövhər Beydullayeva - Anahita Zahedifar (İran)
Ülviyyə Fətəliyeva - Jilinq Janq (Avstraliya)
Elnaz Kaliaxmet (Qazaxıstan) - Xanım Balacayeva
Yunşan Li (Çin) - Gülnar Məmmədova