Şahmatçımız Vüqar Rəsulov İranın Gilan şəhərində baş tutan "Xəzər dənizi kuboku" beynəlxalq turnirinin altıncı turunda Levon Babucyan ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, erməni rəqibinə qalib gələn təmsilçimiz liderliyini daha da möhkəmləndirib.
6 xal toplayan Rəsulov ən yaxın izləyicilərini 1 xal qabaqlayaraq zirvədə qərarlaşıb.
Qeyd edək ki, yarışda 15 ölkədən 116 şahmatçı iştirak edir.