Azərbaycanın beynəlxalq yarışlarda ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov Azərbaycan çempionu titulunu qazana bilməyib.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı idmançıya bu yolda Rauf Məmmədov maneçilik törədib. R.Məmmədov öncə yarımfinalda Teymur Rəcəbovu, finalda isə Şəhriyarı üstələyib. Qızıl medalla yanaşı, Rauf 20 min manat pul mükafatına da sahib çıxıb. Finalda uduzan Ş.Məmmədyarov isə 10 min manatla kifyətlənib.
Ölkə çempionatının bürünc mükafatına Misrətdin İsgəndərov layiq görülüb. T.Rəcəbov 3-cü yer uğrunda görüşə çıxmaqdan imtina etdiyinə görə, M.İsgəndərov texniki qələbə qazanıb.
Qadınların mübarizəsində də qaliblər tay-breykdə müəyyənləşib.
Kişilər
Final
Şəhriyar Məmmədyarov (2732) - Rauf Məmmədov (2656) 1,5 - 2,5
3-cü yer uğrunda oyun
Misrətdin İsgəndərov (2515) - Teymur Rəcəbov (2698) texniki qələbə
Qadınlar
Final
Günay Məmmədzadə (2412) - Gövhər Beydullayeva (2404) 2,5:1,5
3-cü yer uğrunda oyun
Ülviyyə Fətəliyeva (2381) - Gülnar Məmmədova (2335) 1:3