Azərbaycan şahmatçısı Teymur Rəcəbov kifayət qədər qalmaqallı qərar qəbul edib.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı idmançı ölkə çemponatının bu gün keçirilməli olan 3-cü yer uğrunda görüşündən imtina edib. Onun rəqibi Misrətdin İsgəndərov idi.

T.Rəcəbov bürünc medal uğrunda yarışdan imtina ilə bağlı çempionatın baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayıb. Şahmatçı bunu sağlamlığında yaranan problemlə əlaqələndirib. Ancaq Rəcəbovun qəfil belə qərar verməsinə başqa məqamların da təsir göstərib-göstərməməsi məlum deyil.

Xatırladaq ki, Teymur dünən yarımfinalda Rauf Məmmədova 2:3 hesabı ilə uduzmuşdu.