Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət yığma komandası heç-heçə edib.

Offsideplus.az xəbər verir ki, millimiz VIII turda Rumıniya ilə "sülh"ə razılaşıb.

Rumıniya – Azərbaycan 2:2

İrina Bulmaqa – Günay Məmmədzadə - 1:0

Mihaela Sandu – Xanım Balacayeva - 0:1

Elena-Luminitse Kosma – Gülnar Məmmədova - 0:1

Miruna-Darya Lehaçi – Ülviyyə Fətəliyeva - 1:0

Bu nəticədən sonra Azərbaycan millisi 12 xalla 9-cu pilləyə enib.