Sinqapurda Qlobal Kiber İdman Federasiyasının açılışı olub.

Offsideplus.az xəbər verir ki, Sinqapur Olimpiya Komitəsinin baş katibi Kris Çan federasiyanın prezidenti olub. Federasiyanın yaradılmasında əsas məqsəd "dünya miqyasında kiber idman hərəkatının səsi" olmaqdır. Federasiyanın yaradıcıları açıqlamalarında beş vacib məqamı qeyd ediblər:

• Milli kiber idman federasiyalarının müəyyən standart və qaydalara uyğun inkişafı və dəstəklənməsi.

• İdmançıların inkişafı, tərbiyəsi və dəstəklənməsi, habelə antidopinq və etik qaydaların tətbiqi olan idman komitəsinin yaradılması.

• Kiber idman yarışlarının, inkişaf proqramlarının və konvensiyaların yaradılması və keçirilməsi.

• Dünya səviyyəli idarəetmə strukturlarının yaradılması.

• Hər il keçirilən "Qlobal Kiber İdman Federasiyası" turnirinin təşkil olunması və inkişafı. İlk turnirin keçirilməsi 2020-ci ilə planlaşdırılıb.

Bu il Cənub-Şərqi Asiya Oyunlarında Dota 2, Starcraft 2 və Hearthstone da daxil olmaqla kiberidman yarışları keçirilib. 17-22 dekabr tarixlərində Sinqapurda Dota 2 üzrə "World Pro invitational Singapore" turniri keçiriləcək. Yarışın mükafat fondu 500 min dollar olacaq.

Xatırladaq ki, Azərbaycan Kiberidman Federasiyası 2011-ci ildə fəaliyyətə başlayıb.