İtaliya klubu "Cenoa" baş məşqçisi Patrik Vieyra ilə olan müqaviləsini uzadacaq.

Offsideplus.az xəbər verir ki, fransalı mütəxəssisin 2026-cı ilin yayında bitəcək sözləşməsi 1 il artırılacaq.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Vieyra ilə 3 A Seriyası klubu maraqlanırdı. Lakin o, "Cenoa"da qalmağı seçib.

Fransalı ötən ilin noyabrından Genuya təmsilçisini çalışdırır. Onun komandası başa çatan mövsümü A Seriyasında 43 xalla 13-cü yerdə başa vurub.