"Napoli"nin baş məşqçisi Antonio Konte azad agent olan Conatan Devidi komandasında istəməyib.

Offsideplus.az xəbər verir ki, kanadalı hücumçunun yüksək maaş tələbi onunla maraqlanan komandaları çətin vəziyyətə salır.

Bu barədə "Correiro dello Sport" məlumat yayıb.

Devid "Lill"lə müqaviləsi bu yay başa çatır. O, 5 il Fransa klubunda çıxış edir.

Kanadalı futbolçu burada ümumilikdə 232 oyuna çıxıb və 109 qol vurub.