"Napoli" klubu transfer siyahısına "Sportinq"in hücumçusu Viktor Dyökereşi əlavə edib.
Offsideplus.az xəbər verir ki, Neapol təmsilçisinin baş məşqçisi Antonio Konte isveçli hücumçunun çıxışını çox bəyənir.
Bu barədə "Correiro dello Sport" məlumat yayıb.
Cari mövsüm Avropada ən çox qol vuran hücumçu olan Dyökereşlə bir çox klub maraqlanır.
"Napoli" rəhbərliyi isveçli hücumçunu transfer edərək A. Konteyə çempionluq hədiyyəsi vermək istəyir.